Azərbaycanda ilin ilk üçəmi dünyaya gəlib

Azərbaycanda ilin ilk üçəmi dünyaya gəlib
11:31 21 Yanvar 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə 2015-ci ilin ilk üçəm uşağı dünyaya gəlib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, hər üçü oğlan olan körpələr ailənin ilk övladlarıdır. Hazırda körpələrin və ananın sağlamlıq durumu yaxşı vəziyyətdədir.

Gəncə şəhər sakini, 23 yaşlı Ramilə Əmrahovanın dünyaya gətirdiyi uşaqlara ad da qoyulub. Onlar Həsən, Məhəmməd və İbrahim adlarını daşıyacaqlar.

Körpələr şəhərdəki özəl klinikalardan birində dünyaya gəliblər.

Klinikanın baş həkimi Gülnaz Babayeva AzərTAc-a eksklüziv müsahibəsində deyib ki, proses normal keçib və yaxın günlərdə ana və uşaqlar evə buraxılacaqlar.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR