Yəməndə ara qarışdı, rəsmi səfər təxirə düşdü

Yəməndə ara qarışdı, rəsmi səfər təxirə düşdü
11:42 21 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Yəmənə səfəri təxirə salınıb.

Bu barədə Trend çərşənbə günü Anadolu agentliyinə istinadən xəbər verir.

Səfərin təxirə salınmasına səbəb Yəməndə vəziyyətin qeyri-stabil olmasıdır.

Türkiyə XİN rəhbərinin Yəmənə səfəri çərşənbə gününə planlaşdırılmışdı.

Dünən Yəməndə şiə üsyançıları - husitlər ölkə prezidentinin sarayına hücum ediblər. Bunu ölkənin informasiya naziri Nadiyə əs-Sakkaf bəyan edib.

Nazir "Twitter"dəki mikrobloqunda yazıb: "Prezident Əbd Rəbba Mənsur Hadi rejimi devirməyə cəhd edən silahlı qrupun hücumuna məruz qalıb”.

Bu arada ölkə paytaxtında Prezident sarayının qarşısında husitlərin ordu ilə toqquşmasına son qoyulub.

“Əl-Ərəbiyyə” peyk telekanalının məlumatına görə, toqquşmalarda Prezident qvardiyasının iki hərbçisi həlak olub.

Az sonra “Ənsar-Alla” hərəkatının Siyasi Şurasının üzvü Həmzə-əl Husi RİA Novosti-yə bildirib ki, üsyançılar ölkə prezidenti Əbd Rəbba Mənsur Hadini devirməyə cəhd göstərməyiblər, Prezident qvardiyasının hissələri ilə toqquşmalara səbəb hərbi qulluqçuların özlərinin təxribatları olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR