Şəhidlər unudulmur

11:43 21 Yanvar 2015
195 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, Z. Mansurova, AzərTAc
Səbail rayonunun Bibiheybət qəsəbə mədəniyyət evində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Şəhidlər unudulmur” adlı ədəbi-bədii gecə keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Mədəniyyət evinin metodisti İ.Nəcəfova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması haqqında tədbir iştirakçılarına məlumat verib. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı olduğumuzu vurğulayıb.
Tədbirdə orta məktəblərin, Səbail rayon MKS-in 4 nömrəli filialının, 70 nömrəli uşaq bağçasının müəllimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonda Bibiheybət qəsəbə Mədəniyyət evinin qiraət dərnəyinin üzvlərinin ifasında “Şəhidlər unudulmur” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidler_unudulmur-826287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR