“Sözün Zəlimxanı zirvəsi” oxuculara təqdim olunub

11:43 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, Z. Mansurova, AzərTAc
Tanınmış Azərbaycan şairi, sözü, sənəti ilə milyonların sevgisini qazanan, xalq şairi Zəlimxan Yaqubun bu il 65 yaşı tamam olur. Anadan olmasının 65 illik yubileyi ərəfəsində şairin haqqında yeni kitab işıq üzü görüb.
AzərTAc xəbər verir ki, “Vətən” nəşriyyatında nəfis tərtibatla çap olunan “Sözün Zəlimxan zirvəsi” adlı kitabın müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğludur. Giriş və on üç bölmədən ibarət olan monoqrafiyada xalq şairinin yaradıcılığı müxtəlif aspektlərdən təhlil olunur.
Kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir.
Yeni əsəri son illərdə Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş ən sanballı tədqiqat işi hesab edən Q.Paşayev deyir: “Zəlimxan Yaqubun bağbanı olduğu şeir bağçasına daxil olmaq üçün gərəkdir ki, çağdaş poeziyamızla yanaşı, folklorumuzu, xüsusən də, aşıq yaradıcılığını, Zəlimxanı yetişdirən mühiti yaxşı biləsən, “Sözün Zəlimxan zirvəsi” əsəri şairin sahilsiz ümmana bənzər yaradıcılıq yoluna işıq tutan tədqiqat işi olmaqla bərabər, Zəlimxan Yaqubun poeziya aləminə uğurlu səyahətdir”.
Kitabı Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” mağazasından əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sozun_Zelimxani_zirvesi_oxuculara_teqdim_olunub-826286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR