İŞİD musiqiçiləri şallaqladı (VİDEO)

İŞİD musiqiçiləri şallaqladı (VİDEO)
11:46 21 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı musiqiçilərə sərt cəza verib.

ANS PRESS-in məlumatına görə, İŞİD polisi musiqi ifa edənlərə 90 şallaq vurub və onların musiqi alətlərini qırıb. Hadisə Suriya ərazisində baş verib.

Kamera tərəfindən qeydə alının görüntülərdə terror təşkilatı üzvlərinin vəhşiliyi əks olunub. İŞİD-çilər insanların köynəklərini çıxararaq onları şallaqlayırlar.

Musiqiçilərin ifasının İslama uyğun olmadığının ifadə edən İŞİD bu kimi halların qəti əleyhinə çıxır. Terror təşkilatı digərlərinə ibrət olması üçün musiqiçiləri insanların gözü qarşısında cəzalandırıb.

İŞİD-çilər bir nəfəri isə siqarət qaçaqmalçılığına görə cəzalandırıb. Həmin şəxsə camaatın gözü qarşsında 50 şallaq vurulub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR