Dünyanın ən bahalı 2-otaqlı mənzili satılır - FOTO

Dünyanın ən bahalı 2-otaqlı mənzili satılır - FOTO
11:47 21 Yanvar 2015
359 Maraqlı
Ölkə mətbuatı
A- A+

Londondakı Hayd-Parkın yaxınlığındakı "One Hyde Park" yaşayış kompleksi yeni rekord vurub.
Ötən ilin sonlarında bu yaşayış kompleksində penthaus mənzillərdən biri 178 milyon dollara satılmışdı.
 
İndi isə 2-otaqlı mənzil 18 milyon dollara satışa çıxarılıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Londonun mərkəzində yerləşən "One Hyde Park"dakı bu ikimərtəbəli mənzildə hovuz, spa-salon, skvoş kortu və mini-kinozal var.
 
Yaşayış kompleksi SAS-ın sabiq kommandoslarından ibarət xidmətin əməkdaşları tərəfindən mühafizə olunur.
 
Satışa çıxarılmış ikiotaqlı mənzilin qiyməti Britaniyada orta statistik evin dəyərindən 56 dəfə bahadır.
 
Məsələn, bu mənzilin qiymətinə Mançester şəhərində 47 normal mənzil almaq olar.
 
Milli.Az
 













Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR