İnsanı dəhşətə gətirən səhnə 1 dubla çəkildi (FOTO)

İnsanı dəhşətə gətirən səhnə 1 dubla çəkildi (FOTO)
11:51 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Vahid Mustafa Yevin "Qanlı Yanvar" filminin çəkilişləri zamanı aktyorlar böyük stres keçirib. Filmdə baş rollardan birinin, Mehdi obrazının ifaçısı olan Azər Aydəmir film haqqında təəssüratlarını ANS PRESS-lə bölüşərkən belə deyib.

"Qanlı Yanvar"a qədər cəmi 5 filmdə çəkilmişəm. Vahid Mustafa Yevlə ikinci filmimdir. Dünya şöhrətli Leyn Devis və Nebahat Çehre kimi kino magikanları ilə tərəf müqabili olmaq və üstəlik də belə bir tarixi və vacib bir filmdə baş rollardan birini ifa etmək çox çətindir. Aktyor dostlarım məni yaxşı başa düşərlər, çox çətin idi. Emosional səviyyədə həddindən artıq çətin idi. Mövzu çox ağır idi və biz xalqın faciəsinin kinosuna çəkilirdik. O ağrını, o stresi tamaşaçıya ötürmək asan iş deyil. Premyera günü bir aktyorlar ilk dəfə məktəbə gedən uşaq kimi həyəcan keçirirdik. Başqa mövzu olsaydı bəlkə də bu qədər həyacanlanmazdıq. Mövzu çox ağır idi və qala gecəsində ölkənin vacib adamları iştirak edirdi. Onların təəssüratı və sonda sadəcə "Çox sağ olun, Allah sizdən razı olsun" demələri uğurumuz idi. Demək, film alınmışdı."

"Qanlı Yanvar" filmində faciənin dramatik inkişafın piki morq səhnəsidir. Mehdi morqa girərək 20 yanvar gecəsində itkin düşmüş sevgilisi Larisanı axtarır. Sözügedən səhnə o dərəcədə dramatik alınıb ki, tamaşaçı Mehdinin yaşadığı acıları yaşamadan onu izləyə bilmir.

Obrazı yaradan Azər Aydəmir tamaşaçını sözün əsl mənasında dəhşətə gətirən morq səhnəsinin 1 dubla alındığını deyir: "Ssenarini oxuyandan bu səhnəyə çox ciddi yanaşmışam. O səhnənin çəkilişini həyəcanla gözləyirdim. Bilmirdim, özüm də başa düşmürdüm nəyə görə, istəyirdim bu səhnəni ya əvvəldə çəkək, ya da axırda. Buna qərar verə bilmirdim. Nəhayət ki, həmin səhnə çəkilən günü Vahid müəllimə yaxınlaşıb dedim ki, çox xahiş edirəm mənə 1 və ya 2 saat vaxt verin, hazırlaşım. Bu səhnənin bir dubla çəkilməsini istəyirəm. Əks halda bu uzun çəkəcək. Nəticədə, biz o dəhşətli səhnəni 1 dubla çəkdik."

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vahid Mustafa Yev morq səhnəsinin 1 dubla çəkilməsini aktyorun məharəti ilə əlaqələndirdi: "Belə bir səhnə 2 günə çəkilə bilməz. Bütün dünyada aktyorlara münasibət fərqlidi, amma təəssüflər olsun ki, bizdə, Azərbaycanda aktyora münasibət tamam ayrıdır. Bizdə aktyorlara bəsit bir vəzifə sahibi hesab edirlər. Xeyr! Belə deyil! Azər Aydəmir bu rolu oynayanda ömründən itirdi. Bu insan o səhnəni yaşayarkən adi həyatının ən azı 3 ilini bir neçə dəqiqə içində verdi. Yəni, bu film üçün qurban verdi."









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=320799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR