Azərbaycanda yuvenal ədliyyə sistemi təkmilləşdirilir

Azərbaycanda yuvenal ədliyyə sistemi təkmilləşdirilir
11:53 21 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Avropa İttifaqı və UNISEF Azərbaycanda “Uşaqlar üçün ədliyyəyə çıxış mexanizmlərinin dəstəklənməsi” layihəsinin icrasına başlayıb.
Təqdimat mərasimində bildirilib ki, layihənin məqsədi ədliyyə mexanizmlərinə çıxışın artırılması vasitəsilə risk altında olan və ya həssas təbəqədən olan uşaqların hüquqlarının müdafiəsini gücləndirməkdir. Yuvenal ədliyyə islahatı Azərbaycanda 2007-ci ildən başlanıb və azyaşlıların müdafiəsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər ədliyyə və inzibati proseslərdə iştirak edən və uşaq müdafiəsi sistemi ilə əlaqədə olan vətəndaş cəmiyyətinin və müstəqil monitorinq qurumlarının imkanlarının artırılmasına səbəb olacaq. Bu məqsədlə Azərbaycanın seçilmiş rayonlarında maariflənmə tədbirləri təşkil ediləcək.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_yuvenal_edliyye_sistemi_tekmillesdirilir-826289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR