Qarabağla bağlı görüş

Qarabağla bağlı görüş
12:01 21 Yanvar 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Birliyinin "Avropada Qonşuluq Siyasəti və Genişləndirmə Danışıqları"na görə məsul olan üzvü Latviya ilə Ermənistan xarici işlər nazirləri arasında Brüsseldə görüş olub.

ANS PRESS-in məlumatına görə, görüşdən sonra birgə mətbuat konfransı keçirən Lavtiyanın xarici işlər naziri Edqars Rinkeviçs və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bir sıra mühüm məsələləri müzakirə etdiklərini bildiriblər. Latviyalı nazir AB-Ermənistan münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından da danışdıqlarını deyib.

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə də müzakirələr apardıq. Status-kvo qəbuledilməzdir və bu münaqişənin sülh yolu ilə həlli Avropa Birliyi üçün əsas prioritetlərdən biri olaraq qalır. Avropa Birliyi bu münaqişənin həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir. Avropa Birliyi Ermənistan və Azərbaycan arasında dialoqun, o cümlədən prezidentlər səviyyəsində danışıqların davam etdirilməsini dəstəkləyir", - deyə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib.
Mənbə
ENEX



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR