Rusiya müdafiə naziri Sergey Şoyqunun Tehran səfəri Vaşinqtonu ciddi narahat edib.
ANS PRESS-in məlumatına görə, ABŞ Rusiya tərəfindən İrana S-300 raketlərinin satılmasını yolverilməz sayır.
“Biz xəbərlərdən İranda Rusiya və İran hökumət rəsmiləri arasında hərbi əməkdaşlığın müzakirə edilməsini və müqavilə bağlana biləjəyini öyrəndik”, - deyə bu gün ABŞ Dövlət Departamentindən bildiriblər.
Yanvarın 20-də Rusiya ilə İran arasında hərbi əməkdaşlıq barədə saziş bağlanıb. “Hərbi sahədə qarşılıqlı əlaqələr üçün nəzəri əsas yaranıb”, - deyə Şoyqu bildirib. Sergey Şoyqu Tehrana yanvarın 19-da gedib.
İran Rusiyadan yeni hərbi texnika, o cümlədən S-300 raketləri almaqda maraqlıdır.
Mənbə
ANS PRESS