Şirvan şəhərində “Fransız dili” dərslik komplektlərinin müzakirəsi aparılıb

12:08 21 Yanvar 2015
165 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Şirvan regional bölməsinin təşkilatçılığı ilə 2014-cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında fransız dili fənnindən istifadə edilmiş test tapşırıqlarının və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Fransız dili” dərslik komplektlərinin müzakirəsini keçirib.
TQDK-dan AzərTAc-a bildiriblər ki, Şirvan şəhərinin tam orta məktəblərinin müvafiq fənn müəllimlərinin iştirak etdikləri seminarda fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri, Azərbaycan Dillər Universitetinin professoru Çəmən Babaxanova 2014-cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili haqqında məlumat verib.
TQDK-nın eksperti, Bakı şəhərindəki 232 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Cəfərova yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqi ilə bağlı görülən işlər barədə danışıb.
Sonra müzakirələr aparılıb.
Ümumtəhsil məktəblərində istifadədə olan “Fransız dili” dərsliklərinin həmmüəllifi Çəmən Babaxanova dərslik komplektləri ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirib və sualları cavablandırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sirvan_seherinde_Fransiz_dili_derslik_komplektlerinin_muzakiresi_aparilib-826295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR