"Simurq"un 4-cü "imtahan"ı - YENİLƏNİR

"Simurq"un 4-cü "imtahan"ı -   YENİLƏNİR
12:17 21 Yanvar 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən "Simurq" bu gün dördüncü yoxlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze yetirmələrini Rumıniya klubu ilə oyunda sınayacaq.

Belə ki, "Simurq" "Astra" ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaхtı ilə saat 18.00-da çalınacaq.

Qeyd edək ki, "Astra" klubu 1921-ci ildə yaradılıb. Ukraynalı Oleq Protasovun başçılıq etdiyi komanda qış fasiləsinə turnir cədvəlinin 4-cü pilləsində yollanıb.

"Simurq" bundan əvvəl Antalyada "Şaxtyor"u (Qazaxıstan) 3:0 hesabı ilə udub, "Duysburq"a (Almaniya) 1:4, "İrtış"a (Qazaxıstan) 0:3 hesabı ilə yenilib. Zaqatala təmsilçisi son yoхlama oyununu yanvarın 24-də "Volın"a (Ukrayna) qarşı keçirəcək.

Antalya
Yoхlama oyunu
21 yanvar

18.00 Simurq (Azərbaycan) - Astra (Rumıniya)
"Mirakle İdman Mərkəzi"nin stadionu.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsimurqquotun-4-cu-quotimtahanquot-t17659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR