Azərbaycan velosipedçiləri birinci Avropa Oyunlarına İspaniyada hazırlaşırlar

Azərbaycan velosipedçiləri birinci Avropa Oyunlarına İspaniyada hazırlaşırlar
12:18 21 Yanvar 2015
161 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
İspaniyanın Kalpe şəhərində Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlaşan dağ velosipedi üzrə yığma komandamızın qış hazırlığı start götürüb.
AzərTAc xəbər verir ki, təlim-məşq prosesinin ilk günündə velosipedçilər məşqə çıxmazdan əvvəl qollarına qara sarğı bağlayaraq 20 Yanvar şəhidlərinin ruhuna ehtiramlarını bildiriblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev “Synergy Baku”nun yeni üzvlərinə 20 Yanvar faciəsi barədə məlumat verib və daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk məşq günündə velosipedçilərimiz dağ yolları ilə 200 kilometrə yaxın məsafə qət ediblər.
Təlim-məşq toplantısı yanvarın 30-dək davam edəcək.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_velosipedchileri_birinci_Avropa_Oyunlarina_Ispaniyada_hazirlasirlar-826297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR