Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Gün üzü" verilişinin qonağı olan sənətçi həyat yoldaşından danışıb:Rejissor Kənan M.M.-in həyat yoldaşı, müğənni Aygün Mahmudova çox baxımlı kişiləri qınayıb
"Xanımlarımız gedib dırnaq, saç qoydururlar. Azərbaycan qadını onsuz da gözəldir, belə müdaxilələrə ehtiyac yoxdur. Kişiyə gəldikdə isə...
Kişi niyə özünə yaraşıqlı deməlidir? Kişi əməllərində yaxşı, həyat yoldaşına sadiq olsun. Bu, onun ən böyük yaraşığıdır. Görsəm, həyat yoldaşım özünə məndən çox vaxt ayırır, özünə yaraşıqlı deyir, mən havalanaram. Belə bir şey mümkün deyil. Kənan özünə kişi kimi baxır".
Milli.Az