Daha bir bank nizamnamə kapitalını artırır

Daha bir bank nizamnamə kapitalını artırır
12:43 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Maksim Tsurkov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərbaycan Kredit Bankı" ASC-nin 38,752 milyon manat dəyərində adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 224 min manat olan 173 min ədəd səhm buraxılacaq.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edəcək.

Bankın nizamnamə kapitalı 11,5 milyon manat təşkil edir. Yerləşdirmədən sonra bankın kapitalı 50,25 milyon manatadək artırılacaq ki, bu da Mərkəzi Bankın bankların ümumi kapitalına olan minimum tələblərinə uyğundur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2355427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR