İsveç ərazi sularının mühafizəsini gücləndirir

12:53 21 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+


Stokholm, 21 yanvar, AzərTAc
İsveç Hərbi Dəniz Qüvvələri (HDQ) ölkənin dəniz sahillərinin patrulunu gücləndirmək niyyətindədir. Ərazi sularının mühafizəsinə dair yeni tədbirlər mümkün pozucuları izləmək məqsədi daşıyır.
Bu barədə jurnalistlərə İsveç Müdafiə Nazirliyinin operativ komandanlığının rəisi, kontr-admiral Anders Qrenstad məlumat verib. A.Qrenstad bildirib ki, İsveç HDQ-nin xeyli fəallaşması, çoxlu sayda qayıq əleyhinə izləmə əməliyyatlarının keçirilməsi 2014-cü ilin oktyabrında Stokholm arxipelaqında qeydə alınan pozuntu halları ilə bağlı məcburi tədbirdir.
Xatırladaq ki, o vaxt İsveç Silahlı Qüvvələri submarinanın Stokholm arxipelaqında çəkilən fotoşəklinə istinad edərək, ölkənin ərazi sularını pozanların irimiqyaslı axtarışlarına başlamışdı. Lakin xarici ölkəyə məxsus qayığın axtarışı uğursuzluqla nəticələnmişdi.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvech_erazi_sularinin_muhafizesini_guclendirir-826317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR