Bakı metrosu keçən il 212 milyon sərnişin daşıyıb

Bakı metrosu keçən il 212 milyon sərnişin daşıyıb
12:54 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ötən il ərzində 1.8 milyard nəfər sərnişin daşınıb. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilir.

2013-cü ilə nisbətən sərnişin daşınması 4.7 faiz artıb.

 

Azərbaycanda yüklərin 9.8 faizi dəmir yolu, 58.0 faizi avtomobil nəqliyyatı, 27.7 faizi boru kəməri vasitəsilə, sərnişinlərin 88.0 faizi avtomobil nəqliyyatı, 11.8 faizi metropolitenlə daşınıb.

1,8 milyard sərnişinin 11,8 faizi metro nəqliyyatı vasitəsi ilə daşınıb ki, bu da 212 milyon nəfər edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR