Qızının rəfiqəsi ilə evləndi, bəxtəvər oldu - FOTO

Qızının rəfiqəsi ilə evləndi, bəxtəvər oldu - FOTO
13:05 21 Yanvar 2015
348 Maraqlı
Ölkə mətbuatı
A- A+

"O yaşca məndən böyükdür. Keçəldir, yekəqarındır, yaşlı, bir gözü kordur. Ola bilər. Amma mən onu sevirəm və seçimimə də əsla təəssüflənmirəm".
54 yaşlı kişiyə ərə getmiş 29 yaşlı qadın belə deyir.
 
Klerin 17 yaşı olanda o, ən yaxın rəfiqəsinin atası Cimmiyə vurulmuşdu. Qızın hissləri o qədər güclü idi ki, Cimmini mümkün qədər çox görmək, onun yanında olmaq üçün yaşlı kişinin iki azyaşlı övladına dayəlik etməyə razılaşmışdı.
 
Sonradan Cimmi ağır zədə alaraq gözünü itirəndə də Kler onun yanında idi.
Onlar 2009-cu ilin martında evləniblər və indi Cimmi adlı oğulları var.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 54 yaşlı Cimmi zarafatla deyir: "Bir gözüm yoxdur, keçələm, sallaqqarınam. Heç gözəl, yaraşıqlı deyiləm. Amma Kleri çox sevirəm".
 
İngiltərənin Kembricşir şəhərində yaşayan bu ərlə arvadı qohumları və qonşuları "Bədheybətlə gözəlçə" adlandırsalar da, onlar tənələrə və iradlara qətiyyət fikir verməyərək bəxtəvər ailə həyatı yaşadıqlarını söyləyirlər.
 
Klerin sözlərinə görə, rəfiqəsi Cemmanın atası Cimmini görəndə bir könüldən min könülə, ilk baxışdan vurulub və o hiss hələ də güclüdür.
 
Milli.Az 
 











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR