Elektron Təhlükəsizlik Mərkəzi növbəti dəfə sadə parollardan istifadə etməməyi tövsiyə edir

Elektron Təhlükəsizlik Mərkəzi növbəti dəfə sadə parollardan istifadə etməməyi tövsiyə edir
13:06 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) elektron poçt və sosial şəbəkə hesablarının oğurlanmasının qarşısını almaq üçün növbəti dəfə sadə parollardan istifadə etməməyi tövsiyə edir.
 
 
Mərkəz “SplashData” tədqiqat şirkətinin araşdırmasına istinadən bildirir ki, 2014-cü ildə də ən çox istifadə olunan şifrlərin əksəriyyəti əvvəlki illərdə olduğu kimi, son dərəcə sadə təxmin edilən şifrlərdir. Bu cür şifrlərdən istifadə nəticəsində milyonlarla istifadəçilərin hesabları bədniyyətlilər tərəfindən ələ keçirilib, onların hesab məlumatları oğurlanıb.
 
 
Şifrlərin siyahısına “123456”, “password”, “12345”, “12345678”, “qwerty”, “123456789”, “1234”, “baseball”, “dragon”, “football”, “1234567”, “monkey”, “letmein”, “abc123”, “111111”, “mustang”, “access”, “shadow”,”master”, “Michael”, “superman”, “696969”, “123123”, “batman”, “trustno1” daxildir. 
 
 
Elektron Təhlükəsizlik Mərkəzinin məlumatında deyilir ki, əgər mürəkkəb və yaddaqalan şifr qoymaqda çətinlik çəkirsinizsə,  ETM tərəfindən hazırlanan “Çətin və yadda qalan parollar necə qoyulmalı” başlıqlı tövsiyədən istifadə edə bilərsiniz. 
 
 
CAHANGİR
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34871-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR