ATV-nin aparıcısı Lalə Azərtaşın fikrincə, kişinin yaraşığı qadındır.
Axşam.az-ın məlumatına görə, “Gün üzü” verilişinə qonaq olan aparıcı onun üçün ideal olan kişilərin adlarını çəkib:
“Kişini qadın yaraşıqlı edir. O, kişinin arxasında və yanında dura bilər. Yeganə Azərbaycan qadınıdır ki, abır-ismət, namus bilir, kişinin qarşısına keçmir. Bəydən güvənc qoxusu gəlməlidir. Hər bir xanımın başını sinəsinə qoyub rahat nəfəs alacağı güclü kişiyə ehtiyacı var. Mənim üçün ideal bəy əmim və atamdır”.