Azərbaycanda hər 22 şagirdə bir kompüter düşür

13:18 21 Yanvar 2015
81 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Səkkiz il əvvəl Azərbaycanda hər 101 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 22 şagirdə orta hesabla bir kompüter düşür.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, 2014-cü ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 93,1 faizi, о cümlədən şəhər yerlərində 99,5 faizi, kənd yerlərində isə 90,9 faizi kompüterlərlə təmin olunub.

Əvvəlki illə müqayisədə kompüterlərin sayı 6,4 min ədəd və ya 12,3 faiz artaraq 58 minə çatıb.

Cari tədris ilinin əvvəlinə olan məlumata görə, 84,8 faiz şəhər, 38,4 faiz kənd ümümi təhsil müəssisələrinin internetə çıxışı, 43,9 faiz şəhər, 7 faiz kənd ümümi təhsil müəssisələrinin elektron poçt ünvanı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR