Şirvan şəhərində “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik komplektləri müzakirə edilib

13:28 21 Yanvar 2015
322 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Şirvan regional bölməsinin təşkilatçılığı ilə 2014-cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında tarix fənnindən istifadə edilmiş test tapşırıqlarının və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci siniflər üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik komplektlərinin Şirvan şəhərində müzakirəsini keçirib.
TQDK-dan AzərTAc-a bildiriblər ki, müzakirədə Şirvan şəhərinin, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri və metodistlər iştirak ediblər.
TQDK-nın şöbə müdiri Afiqə Batıyeva təmsil etdiyi qurum tərəfindən qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat verib.
Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik komplektlərinin monitorinqinə dair ilkin rəy təqdim edilib.
Çıxış edən müəllimlər fikirlərini bildirib, təkliflərini veriblər.
Sonra suallar cavablandırılıb.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sirvan_seherinde_Azerbaycan_tarixi_ve_Umumi_tarix_derslik_komplektleri_muzakire_edilib-826327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR