Cəbhədə şiddətli döyüş: ermənilər geri çəkildi

Cəbhədə şiddətli döyüş: ermənilər geri çəkildi
13:29 21 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilər etki verdikləri etiraf etiblər

Yanvarın 21-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.


Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.


Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməməklə yanaşı bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR