"Qarabağ" ÇL-in yarımfinalçısına qarşı - YENİLƏNİR

"Qarabağ" ÇL-in yarımfinalçısına qarşı -   YENİLƏNİR
13:32 21 Yanvar 2015
164 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, Qurban Qurbanov yetirmələrini İsveçrə klubu ilə oyunda sınayacaq.
 
Belə ki, "Qarabağ" "Süriх" lə qarşılaşacaq. Oyun Bakı vaхtı ilə saat 19.30-da start götürəcək.

Qeyd edək ki, 1896-cı ildə yaradılıb. 119 yaşlı klub 12 dəfə İsveçrə çempionu, 8 dəfə ölkə kubokunun qalibi olub, 1963/64 və 1976/77 mövümlərində Çempionlar Liqasının yarımfinalında oynayıb. Hazırda Urs Meyerin başçılıq etdiyi komanda qış fasiləsinə ikinci pillədə yollanıb. 

"Qarabağ" Antalyadakı ilk yoxlama oyununda Xorvatiyanın "RNK Split" klubuna 1:3 hesabı ilə məğlub olub. Qurban Qurbanov yetirmələrini yanvarın 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) oyunda sınayacaq.

Antalya
Yoхlama oyunu
21 yanvar

19.30 Qarabağ (Azərbaycan) - Süriх (İsveçrə)
"`İC Santai" otelinin meydançısı.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-cl-in-yarmfinalcsna-qar-t17664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR