Bu qadının bədəninə ad yazdırmaq olar - FOTO

Bu qadının bədəninə ad yazdırmaq olar - FOTO
13:32 21 Yanvar 2015
415 Maraqlı
Ölkə mətbuatı
A- A+

Cəmi 10 dollar ödəyəcək hər kəs adını bu qadının bədəninə yazdıra bilər.
 
Milli.Az bildirir ki, ABŞ-ın Los-Anceles şəhərində yaşayan 22 yaşlı İllma Qor çox ekstravaqant, qəribə layihəni həyata keçirməyə hazırlaşır.
O, bədəninə 2500 adamın adını tatuaj etdirmək niyyətindədir.
 
Adının və ya ləqəbinin İllmanın bədəninə döymə formasında yazılmasını istəyən şəxs bunun üçün 10 dollar ödəməlidir.
 
Naxış və ya vizual konstruksiyanı tatuaj formasında İllmanın bədənində görmək istəyənlər isə 80 dollar verməlidirlər.
 
Kickstarter portalında layihəsi ilə bağlı elan verərək "işi reallaşdırmaq üçün" 6 min dollar gərəkdir" yazmış İllmanın layihəsinə artıq 469 nəfər pul ayırıb və bu minvalla 11072 dollar toplanıb.
 
Milli.Az
 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR