Ronaldudan "Real" azarkeşlərini şoka salan mesaj

Ronaldudan "Real" azarkeşlərini şoka salan mesaj
13:32 21 Yanvar 2015
169 İdman
Ölkə mətbuatı
A- A+

“Real”ın hücumçusu Kriştianu Ronaldu butslarını mıxdan asana qədər bu komandada qalmayacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu, ümumiyyətlə, karyerasının son illərini Avropada keçirmək fikrində deyil.
  
Ronaldo Braziliyada oynamaq istədiyini söyləməklə hər kəsi təəccübləndirib: “Braziliya ilə aramda möhkəm bağlılıq var. Yaxın dostlarımın çoxu bu ölkədəndir. “Korintians” və “Flamenqo” da dünyanın tanınmış, adlı-sanlı klublarındandır. Karyeramın son illərində bu komandaların formasını geyinmək məni sevindirər”.
  
Qeyd edək ki, 30 yaşlı Kriştianu Ronaldu 3 dəfə “Qızıl top” mükafatının qalibi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR