Eşqimiz elə bu qədərmiş...

Eşqimiz elə bu qədərmiş...
13:37 21 Yanvar 2015
430 Maraqlı
Ölkə mətbuatı
A- A+

Eşq ağrısı nə zaman keçir? Amerikalı elm adamları insan övladının ən həssas məsələsini müzakirəyə çıxarıblar. Nəticələr isə gözlənildiyindən də maraqlı olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, Nyu-Cersidəki Monmout Universitetinin alimləri son 6 ayda sevgililərindən ayrılanları tədqiq ediblər.

Belə ki, amerikalı alimlər onlarla ayrılmış şəxsi sınaqdan keçirəndən sonra belə qərara gəliblər ki, boşanmanın ağrı-acısı 18 ay, sevgilidən ayrılmanınkı isə 11 həftəyə kimi davam edir.

Ayrılan insanların 71 faizi təqribən 11 həftə ərzində ayrılığın müsbət tərəflərini görməyə başlayır.

Bundan sonra onlar özlərini daha yaxşı hiss edir və keçmişdə olanları unutmağa başlayırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR