Samirə alış-veriş edərkən – fotolar

Samirə alış-veriş edərkən – fotolar
13:56 21 Yanvar 2015
1221 Şou
Ölkə mətbuatı
A- A+

ATV-nin aparıcısı Samirə Mustafayeva alış-veriş edərkən fotokameramıza tuş gəlib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı dəb sevgisindən danışıb. O, hər gün bir libas almasa, evə getmədiyini deyib:

“Mən alış-verişlə yaşayıram, nəfəs alıram. Meqapolisi sevirəm. Rayonda, dağlıq yerdə olmağı xoşlamıram. Bir gün rayondan qayıdırdım, axşam saat 8:00 idi. Dedim mən bu cür evə getsəm, əhvalım korlanacaq. Mütləq gedib bir kofta da olsa, almalıyam. Psixoloqlar deyirlər ki, bu, depressiya əlamətidir. Şoppinq məni ayağa qaldırır. Rəngləri qarışdırmağı, uyğunlaşdırmağı xoşlayıram. Gecə yatanda da qarderobumu düşünürəm ki, səhər nəyi geyinim? Nə vaxtsa geyimlər tükənsə, bilmirəm necə olacam. Əhvalım pis olanda mütləq bəzənib harasa getməliyəm”.

S.Mustafayeva gələcəkdə butik açmağı da planlaşdırır:

“Arzumdur ki, Azərbaycanda öz brendimi yaradım. Balaca butik açım, öz zövqümlə trend geyimlər satışa çıxarım. İki ildir bu haqda düşünürəm. Bir az maliyyə tərəfi var. Hərdən İnstaqramda insanlar mənə yox, geyimimə baxmaq üçün məni izləyirlər. İnanıram ki, xanımlar geyim tərzlərini mənə etibar edərlər. Qızım da özümə oxşayır. Məktəbə hər gün eyni boz rəngli ətək geyinir. Amma hər dəfə fərqli corab seçir ki, bu uyğun gəlir, o yox”.

Foto: Rəşad ABBASOV







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR