Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu

Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu
14:03 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Artıq Azərbaycan Beynəlxalq Bankı (ABB) kredit əməliyyatlarının aparılması və digər bank işlərinin sadələşdirilməsi məqsədilə elektron arayışların tətbiqinə başlayıb. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.

Belə ki, Məlumat Hesablama Mərkəzi və Azərbaycan Beynəlxalq Bankının birgə fəaliyyəti nəticəsində vətəndaşlarımız www. e-gov.az portalı üzərindən elektron arayışları formalaşdıraraq banka göndərə biləcəklər. Bununla bərabər bankın müştəriləri bankda quraşdırılmış xüsusi terminallar vasitəsilə də özləri portala giriş edərək, elektron arayış əldə edə biləcəklər. Hal-hazırda bu xidmət bankın Mərkəzi, Sabayıl, Premyer və Yasamal filiallarında istifadəya verilib. Qeyd edək ki, elektron arayışların verilməsində bu tip terminallardan istifadə ilk olaraq Azərbaycan Beynəlxalq Bank tərəfindən tətbiq edilib.

Elektron arayış vətəndaş tərəfindən "Elektron hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir. Elektron arayış aşağıdakı üstünlüklərə malikdir: elektron arayışı sutkanın istənilən vaxtı əldə etmək mümükündür; vaxta qənaət. Operativlik. Arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyac qalmır. Arayış Portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir. Məlumatların dəqiqliyi. Arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşır.

Hazırda, portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif sahələr üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2355501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR