Bakıda kriminal üçbucaq: "zəncirvari" bıçaqlanma

14:05 21 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

Ramana qəsəbə sakininə bıçaqla xəsarət yetirmiş Özbəkistan vətəndaşı tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 16-da Ramana qəsəbəsindən qəsəbə sakinləri Saleh Məmmədovİbrahim Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Bu barədə verilmiş məlumatla əlaqədar Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR