Məşqçilər Komitəsi "Anji"nin düşərgəsində - FOTOLAR

Məşqçilər Komitəsi "Anji"nin düşərgəsində -   FOTOLAR
14:12 21 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+

























AFFA Məşqçilər Komitəsinin üzvləri Antalyada təlim-məşq toplanışında olan Rusiyanın "Anji" klubunun düşərgəsini ziyarət ediblər. Fanat.az xəbər verir ki, komitə üzvləri Mahaçqala təmsilçisinin baş məşqçisi Sergey Taşuyevlə görüş keçirib.


Görüşdə əsasən legioner limiti müzakirə olunub. "Rusiya və Azərbaycanda futbolun inkişafı barədə fikir mübadiləsi apardıq. Xüsusilə legioner limitindən və bunun yığma komandalara təsirindən danışdıq. Azərbaycanlı həmkarlarımıza Rusiyada futbolun inkişafına dair klubumuzun məşqçilər korpusunun düşüncələri maraqlı idi. Onlar bəzi nüansları öyrənməyə çalışdılar ki, lazım gələrsə, bunu öz ölkələrində tətbiq etsinlər" deyə Taşuyev bildirib.


Qeyd edək ki, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov 1999 və 2011-ci illərdə "Anji"də köməkçi-məşqçi vəzifəsində çalışıb. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mqcilr-komitsi-quotanjiquotnin-durgsind-t17669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR