Ukraynanın taleyi Skype-da həll olunur

Ukraynanın taleyi Skype-da həll olunur
20:21 25 Dekabr 2014
86 Dünya
Ölkə mətbuatı
A- A+

Minskdə Ukrayna üzrə yaradılmış vasitəçi qrupun iclası davam edir.

ANS PRESS-in məlumatına görə, danışıqlar hazırda Skype rejimində konfrans şəklində gedir.

Bunu separatçı Donetsk Xalq respublikasının lideri Zaxarçenko bildirib. Öz növbəsində separatçı Luqansk xalq respublikasının lideri Plotnitski də xəbəri təsdiqləyib. Zaxarçenkonun sözlərinə görə, danışıqlar 2 gün də davam edəcək.

Qeyd edək ki, Minskdə danışıqların növbəti mərhələsi dekabrın 24-də başlanıb. 5 saat davam edən gizli danışıqlardan sonra iştirakçılar Minski tərk ediblər. İlkin məlumatlara görə, həmin danışıqlarda səkkiz aydır davam edən müharibənin dayandırılması istiqamətində razılaşma əldə olunmayıb. Rəsmilər Belarusda keçirilən danışıqların çox mürəkkəb keçdiyini bildirmişdilər.

Xatırladaq ki, bundan əvvəl sentyabr ayında əldə olunan atəşkəs dəfələrlə pozulub. Toqquşmalarda Aprel ayından bu günə qədər döyüşlər zamanı 4700 insanın həlak olduğu deyilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR