Cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub

Cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub
14:28 21 Yanvar 2015
181 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Şağan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub.
BŞGİBİ-dən AzərTAc-a bildiriblər ki, birincilikdə 169 idmançı 8 çəki dərəcəsində mübarizə aparıb.
Turnirdə Mehti Əsgərov (55 kq), Sadiq Məhərrəmov (60 kq), Eşqin Məmmədov (66 kq), Ucal Abdullayev (73 kq), Elçin Heybətov (81 kq), Aslan Mirzəyev (90 kq), Musa Şəkərəliyev (100 kq) və Elxan Təhməzov (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutan idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudo_uzre_achiq_Baki_birinciliyine_yekun_vurulub-826354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR