Azərbaycan Sahibkarlar Konfederasiyası bu il üçün hədəfləri müəyyənləşdirib

14:28 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2015-ci il üçün hədəfləri müəyyənləşdirib.
Bu barədə Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev AzərTAc-a müsahibəsində deyib. O, bildirib ki, əsas hədəf olaraq assosiasiyalar və birliklərlə işi gücləndirmək, uğurlu nəticə əldə etmək üçün konfederasiyaya üzv olmayan sahibkarlarla görüşlər təşkil edərək onları üzvlüyə dəvət etməkdir.
M. Musayev vurğulayıb ki, əməkdaşların müasir dövrün tələbinə uyğun mütəxəssis kimi yetişməsi üçün zəruri profilaktik tədbirlər görüləcək, bu məqsədlə ekspertlərin təcrübəsindən yararlanacağıq.
Sərgi və tədbirlərin təşkilini bu il də yüksək səviyyədə təmin etmək üçün təşəbbüs göstərməliyik. Xarici ölkələrdə keçiriləcək sərgilərdə onların iştirakı ilə yanaşı, həm də iş adamlarının məhsullarının xarici bazara çıxarılması üçün prioritet sərgilərin siyahısını hazırlayıb onlarda Azərbaycanın milli stendi ilə iştirak edəcəyik.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Sahibkarlar_Konfederasiyasi_bu_il_uchun_hedefleri_mueyyenlesdirib-826352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR