Son vaxtlar dünyada ədalətsizlik halları və ikili standartlar daha çox müşahidə edilir

14:33 21 Yanvar 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu “Müasir dünya və ikili standartlar” mövzusunda konfrans keçirib.
AzərTAc xəbər verir ki, Milli QHT Forumunun prezidenti Rauf Zeyni konfransda çıxış edərək son vaxtlar dünyada ədalətsizlik hallarının və ikili standartların daha çox müşahidə edildiyini söyləyib. O, beynəlxalq standartları yaradan böyük dövlətlərin həmin standartlara əməl etməməsinin təəssüf doğurduğunu bildirib. Azərbaycan son vaxtlar belə ədalətsizliklərlə, ikili standartlarla daha çox üzləşir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə biganəlik, ölkəmizlə bağlı yayılan qərəzli bəyanatlar buna bariz nümunədir.
Qeyd edilib ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Təəssüf ki, bəzi beynəlxalq qurumlar, özlərini demokratiyanın beşiyi adlandıran dövlətlər beynəlxalq nizam-intizamı pozmaqda davam edirlər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın üzləşdiyi ikili standartlardan danışarkən ABŞ-da qəbul edilmiş ədalətsiz 907-ci düzəlişin hələ də ləğv olunmamasının, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icra edilməməsinin buna nümunə olduğunu bildirib. O deyib ki, son vaxtlar Azərbaycana təzyiq cəhdlərinin artması təsadüfi deyil. Çünki bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanda cəmləşib və bir çox ölkələr bununla barışa bilmir.
Mətbuat Şurasının sədri ölkəmizin reallıqları, əldə etdiyi uğurlarla bağlı dünya ictimaiyyətinin daha çox məlumatlandırılmasının zəruriliyini vurğulayıb.
Konfrans “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq ikili standartlar”, “Beynəlxalq təşkilatlar və ikili standartlar”, “Müasir dünyada milli, dini və irqi ayrı-seçkiliklər” mövzularında məruzələrlə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Son_vaxtlar_dunyada_edaletsizlik_hallari_ve_ikili_standartlar_daha_chox_musahide_edilir-826357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR