“Brilliant başa düşdü ki, onda alınmayacaq”

“Brilliant başa düşdü ki, onda alınmayacaq”
15:01 21 Yanvar 2015
153 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Baloğlan Əşrəfov gənc istedadlara hər zaman dəstək olur.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan müğənni heç vaxt gənclərə onun mahnılarını səsləndirməyi qadağan etmədiyini deyib:

“Gənclər məndən mahnımı oxumaq üçün icazə alırlar. Deyirəm ki, get məndən yaxşı oxu. Sən yaxşı ifa etsən, bu, mənim adımadır. Bu yaxınlarda bir xanım ifaçı “Uçan quşlar”ı oxudu, amma istəməzdim bunu etsin. Onu sıradan bir şey kimi ifa etmək olmazdı. Sərdar Ortaç “Nədəndir” mahnısını məndən yaxşı oxudu. Cənubi Azərbaycandan bir-iki müğənni var, mənim mahnılaıma klip də çəkdirib. Baxdıqca ləzzət alıram. Vay o günə, mənim oxuduğumu bərbad hala salasan. Böyük sənətkarımız Brilliant Dadaşova “Uçan quşlar”ı ifa etmək üçün icazə aldı. Dedim qurbandır. Amma iki ildir oxumur. Başa düşdü ki, orada elə nüanslar var, onda alınmayacaq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR