Azərbaycanda daha çox hansı xarici ölkələrin tələbələri oxuyur?

Azərbaycanda daha çox hansı xarici ölkələrin tələbələri oxuyur?
15:13 21 Yanvar 2015
170 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın ali təhsil müəssisələrində 58 xarici ölkənin 4189 vətəndaşı təhsil alır. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Turkmənistan, Gürcüstan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edir.

2014/2015-ci tədris ilinin əvvəlinə olan məlumata görə, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 2911 nəfər təşkil edir. Xaricdə təhsil alan gənclərin 63,9 faizi Bakı, 36,1 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.

2014-cü ildə ölkənin ali təhsil müəssisələrinə 35,8 min tələbə qəbul olunub. Bakalavriat səviyyəsi üzrə qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla məktəbə daxil olunanların xüsusi çəkisi 63,8 faiz olub ki, onların da 80,9 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 38,4 faizi təqaüd alır. Tələbələrin aldığı təqaüdün orta məbləği bakalavr səviyyəsi üzrə 71 manat 50 qəpik, magistratura səviyyəsi üzrə 77 manat, əlaçılığa görə müvafıq olaraq 88 manat və 93 manat 50 qəpik olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR