AMİU-da qış imtahan sessiyası başa çatıb (FOTO)

AMİU-da qış imtahan sessiyası başa çatıb (FOTO)
15:18 21 Yanvar 2015
175 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Memarlıq və İnşaat Universitetində 2014/2015-ci tədris ilinin qış imtahan sessiyası başa çatıb.

Universitetdən Trend-ə verilən məlumata görə, sessiya Azərbaycan Respublikası təhsil nazirinin imtahan sessiyasının keçirilməsi barədə əmrinə və Universitet rektorunun tənzimləyici əmrlərinə uyğun təşkil edilib. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə Universitetdə rektorun rəhbərliyi ilə münaqişə komissiyası və ictimai təşkilatları özündə birləşdirən qərargah da fəaliyyət göstərir. Universitet üzrə nəzərdə tutulmuş imtahanların 60%-i test üsulu ilə komputerlə, 40%-i rektorluğun monitorinqi ilə yazılı, o cümlədən 15%-i qabilliyət tələb edən fənlər üzrə xüsusi auditoriyalar da təşkil olunub.

Ötən imtahan sessiyalarından fərqli olaraq cari sessiyada imtahana qədərki balların computer bazasında əvvəlcədən yerləşdirilməsi şəffaflığın təmin olunması istiqamətində atılmış uğurlu addımlardandır. İmtahanlar mərkəzləşdirilmiş qaydada, müşahidə kameraları ilə təchiz olunmuş imtahan zallarında rektorun birbaşa nəzarəti ilə keçirilir. Universitetdə yazılı imtahanların keçirilməsi və yoxlanılması mexanizmi işlənib hazırlanmış, tələbələrin yazı işlərinin şifrələnməsi və yoxlanılması rektorluqda həyata keçirilir. İstər test, istər yazılı imtahanların nəticələri ilə əlaqədar tələbələrin şikayətləri imtahan qrupu tərəfindən araşdırılır və müvafiq qərar qəbul olunur.İmtahan zallarının komputer parkının yeniləşməsi və sayının artırılması imtahan prosesində mütəşəkilliyin təmin olunmasını daha da yaxşılaşdırıb. Bütün fənlər üzrə test bankları və yazılı imtahan sualları Universitetin Tədris şöbəsinə təqdim edilib. İmtahanlarda obyektivliyin təminatı istiqamətində görülən işlərdən biri də imtahan biletlərinin hazırlanaraq məxfi saxlanılmasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR