Fransa ilə Azərbaycan arasında hərbi əlaqələrin inkişafı müzakirə edilib

Fransa ilə Azərbaycan arasında hərbi əlaqələrin inkişafı müzakirə edilib
15:53 21 Yanvar 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri Fransa Respublikasının Azərbaycandakı səfirini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanvarın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Qonaq Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.

Görüşdə Fransa-Azərbaycan hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2355612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR