"Xəzər Lənkəran"ın futbolçusu A Seriyasında

"Xəzər Lənkəran"ın futbolçusu A Seriyasında
15:57 21 Yanvar 2015
187 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"ın daha bir futbolçusu özünə yeni klub tapıb. Fanat.az хəbər verir ki, Tyeqo karyerasını vətəni Braziliyada davam etdirəcək.


Braziliya mətbuatının məlumatına görə, Tyeqo A Seriyasında çıхış edən "Şapekoense" klubu ilə anlaşıb. 28 yaşlı müdafiəçi cümə günü tibbi müayinədən keçəcək və bir illik müqavilə imzalayacaq.


Qeyd edək ki, tam adı Villian Tyeqo de Xesus olan futbolçu "Xəzər Lənkəran"a ötən qışda Braziliyanın "Fiqueyrense" klubundan transfer olunmuşdu. Müdafiəçi ölkəmizdə 33 oyun keçirib və 2 qol vurub.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotn-futbolcusu-a-seriyasnda-t17672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR