Hyuston Universitetinin nümayəndə heyəti Moskva Dövlət Universitetinin Bakı filialında olub

Hyuston Universitetinin nümayəndə heyəti Moskva Dövlət Universitetinin Bakı filialında olub
16:12 21 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 16:07 ]


Bakı - APA. Bakı Ali Neft Məktəbinin (BANM) dəvəti ilə Azərbaycana səfər edən Hyuston Universitetinin rektoru və prezidenti Dr. Renu Xaturun başçılıq etdiyi nümayəndə heyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü prof.Nərgiz Paşayeva ilə görüşüb.

 

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə universitetin Qlobal strategiyalar və araşdırmalar üzrə prorektoru Ceyms Ortiz, Enerji məsələləri üzrə baş mütəxəssis Ramanan Krişnamurti, Elizabet Rokvel adına Kallen mühəndislik kollecinin dekanı Cozef Tedesko və magistratura şöbəsinin dekan müavini Sureş Xatur daxil olub.

 

Görüşdə ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə qonaqlara məlumat verilərək, ikitərəfli əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Rektor N.Paşayeva hazırda Oksford Universiteti ilə birgə Azərbaycanın tarixi və mədəniyyətinin araşdırılmasına yönəlmiş böyük bir layihənin üzərində iş getdiyini, Hyuston Universitetinin də bu layihədə iştirak edə biləcəyini qeyd edərək, rektor R.Xatura layihəyə qoşulmaq təklifini irəli sürüb. Öz növbəsində Dr. R.Xatur məmnuniyyətlə layihəyə qoşula biləcəklərini bildirib.

 

Rektor N. Paşayeva həmçinin Azərbaycan qadınlarının cəmiyyətdə tarixən mühüm statusa malik olduğunu vurğulayıb.

 

Dr. R.Xatur fəaliyyət istiqamətləri baxımından hər iki universitet arasında birgə əməkdaşlıq üçün imkanların olduğunu və bu tərəfdaşlığın həyata keçirilməsinə hərtərəfli dəstək göstəriləcəyini  bildirib.

 

Qeyd edək ki, səfər zamanı nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, ADA Universiteti və Bakı Dövlət Universitetinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR