Ölkəmizin xarici ticarət dövriyyəsi 28,8 milyard dollar təşkil edib

Ölkəmizin xarici ticarət dövriyyəsi 28,8 milyard dollar təşkil edib
16:13 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ötən ilin yanvar-noyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 28,8 milyard dollar təşkil edib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, əmtəə dövriyyəsinin 71,9 faizini və ya 20,7 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 28,1 faizini (8,1 milyard dollarını) isə idxal məhsullarından ibarət olub, 12,6 milyard dollar məbləğində müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin 90,8 faizi uzaq xarici ölkələrlə, 9,2 faizi MDB üzvü dövlətləri ilə aparılıb.
Ölkəyə idxal olunmuş malların 77,2 faizi (6,3 milyard dolları) uzaq xarici dövlətlərdən, 22,8 faizi (1,8 milyard dolları) MDB üzvü ölkələrindən daxil olub.
İxrac olunmuş malların 96,2 faizi, yaxud 19,9 milyard dolları uzaq xarici ölkələrə, 3,8 faizi və ya 787,2 milyon dolları MDB üzvü dövlətlərinə göndərilib. 2013-cü ilin müvafiq dövründəkindən daha çox neft məhsulları, meyvə-tərəvəz, mineral və qazlı sular, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları və s. ixrac edilib.
Xarici ticarət əməliyyatları İtaliya, Almaniya, İndoneziya, Rusiya, Fransa, Türkiyə, İsrail, ABŞ, Böyük Britaniya, İspaniya, Hindistan, Tailand dövlətləri ilə daha intensiv olub.
Hesabat dövründə ölkəmizə 47,3 milyon dollarlıq humanitar və texniki yardım gətirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olkemizin_xarici_ticaret_dovriyyesi_288_milyard_dollar_teskil_edib-826397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR