"Azərbaycana qarşı törədilən cinayətlərin baş memarlarından biri də Con Kerridir"

"Azərbaycana qarşı törədilən cinayətlərin baş memarlarından biri də Con Kerridir"
16:42 21 Yanvar 2015
134 Digər
Ölkə mətbuatı
A- A+

“Hər kəsə bəllidir ki, Con Kerri erməni lobbisinin əsas simalarından biri olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.

Onun sözlərinə görə, 1990-cı ildə ABŞ konqresinin senatoru olan Con Kerri azadlığa müdafiə aktının 907-ci maddəsinin müəllifi kimi çıxış edib: “Bunun ardınca 1992-ci ilik oktyabr ayının 24-də konqresdə həmin o layihə əsasında Azərbaycana qarşı dövlət səviyyəsində iqtisadi yardımı qadağan edən bir sənəd qəbul olundu. Bu sənədə çox zaman 907-ci maddə, sinonim söz kimi isə “Con Kerri düzəlişi” də deyilir. Onu da qeyd edim ki, Ermənistan tərəfi Con Kerrinin dövlət katibi seçilməsindən çox məmnun qalmışdı. Sadəcə olaraq, senator olan zaman Con Kerri tamam fərqli motivdən çıxış edib ancaq dövlət katibi olduqdan sonra o, ABŞ dövlətinin siyasi maraqlarını müdafiə etmək üçün özünə tam fərqli bir yol seçib.

ABŞ senatorlarının Mixail Qorbaçova ünvanladıqları məktubda adı olan Con Kerri məhz Azərbaycan xalqına qarşı törədilən cinayətkar əməllərdə Qorboçovu şirnikləndirən şəxslərdən biri olub. Yəni bir növ azərbaycanlılara qarşı törədilən cinayətlərin baş memarlarından biri də Con Kerridir. Bu hadisəni də göz önündə tutduğumuz zaman ABŞ-ın Azərbaycanla bağlı verə biləcəyi ədalətli qərarlar “bəyanatlar çərçivəsi”ndən kənara çıxmır. ABŞ-ın son dövrlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda atdığı yeganə addım ötən il hər iki dövlətin prezidentlərinin görüşünü təşkil etməsi ilə bağlıdır.

Bu görüş də fürsətdən istifadə olunaraq NATO sammiti ərəfəsində təşkil olundu. Yəni əslində, orada əsas məsələ, məhz NATO-nun sammitinin təşkil olunması idi. Sadəcə olaraq, hər iki ölkə başçısının sammitdə iştirak etməsini nəzərə alaraq bu görüş formal olaraq təşkil olundu. Tam əminliklə deyə bilərik ki, ABŞ-ın münaqişənin həlli məsələsində heç bir qətiyyətli addımı yoxdur. Bu münaqişənin həlli məsələsi ABŞ-ın həll etməyə çalışdığı bir çox problemlər sırasında sonuncu yerdə qərarlaşıb. Xüsusilə də ABŞ-da dövlət katibi postunda ermənipərəst Con Kerrinin olması bir daha təsdiq edir ki, münaqişənin həlli məsələsində ABŞ-dan obyektiv mövqe tutmasını, prossesin həllinə intensiv dəstək göstərməsini gözləmək sadəlövhlük olardı”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR