Azərbaycan-Fransa hərbi əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-Fransa hərbi əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
16:43 21 Yanvar 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Yanvarın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Səfir Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.
Görüşdə Azərbaycan-Fransa hərbi və hərbi-texniki əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Fransa_herbi_elaqelerinin_inkisaf_perspektivleri_muzakire_edilib-826413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR