Gəncə sakini qayınatası ilə qaynını bıçaqdan keçirdi

Gəncə sakini qayınatası ilə qaynını bıçaqdan keçirdi
17:05 21 Yanvar 2015
175 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə şəhərin DOS 102 ünvanında qeydə alınıb. Gəncə şəhər sakini İnqilab Rəhimov ailə münaqişəsi zəminində qayınatası, 52 yaşlı Fərail Abbasovu və qayını, 22 yaşlı Təbriz Abbasovu bıçaqlayıb.

Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Həkimlər 22 yaşlı Təbriz Abbasovun vəziyyətinin ağır olduğunu bildiriblər.
Fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR