Azərbaycanda sərnişin avtobusları sürücülərinin sonuncu dayanacaqda məsuliyyətə cəlb olunması təklif olunur

17:17 21 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 17:13 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda şəhər daxili və yaxud rayon daxili sərnişin avtobusları, firma və şirkət maşınları qayda pozuntusuna görə barələrində dərhal yerindəcə yox, sonuncu dayanacaqda inzibati tədbir görüləcək. 

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 85. 2. 4-cü maddəsinə 13-cü bəndin əlavə edilməsi təklif olunur.

 

Yeni bəndə görə, “ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda, müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda tərtib edir”.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 2-də müzakirəyə çıxarılacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR