AMEA-da "Cənubi Azərbaycan folkloru" şöbəsi yaradıldı

AMEA-da "Cənubi Azərbaycan folkloru" şöbəsi yaradıldı
17:34 21 Yanvar 2015
203 Sosial
Ölkə mətbuatı
A- A+

Folklor İnstitutunun nəzdində “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb. Lent.az-ın məlumatına görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.  AMEA Humanitar və İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, Folklor İnstitutunun nəzdində "Cənubi Azərbaycan folkloru" şöbəsi yaradılıb. 

Əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.

Qərarın icrasına nəzarət AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə həvalə olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR