Dünya katolikləri birləşdi (VİDEO)

Dünya katolikləri birləşdi (VİDEO)
22:46 25 Dekabr 2014
143 Dünya
Ölkə mətbuatı
A- A+

Bütün dünya katolikləri İsa Məsihin mövludunu, Milad bayramını qeyd edir. Fransa bu dəfə Miladı xüsusi şəraitdə keçirir.

ANS TV-nin məlumatına görə, Vatikanda Roma papası 1-ci Fransisk Milad bayramı münasibətilə dünya katoliklərinə ənənəvi müraciətini edib. Vatikanın Müqəddəs Pyotr meydanında minlərlə insan onu dinləməyə toplaşıb. Papa dünyanın bütün ölkələrində, eləcə də Fələstində, İraq, Suriya və Ukraynada insanları müharibələrə son qoymağa çağırıb.

Fransada Milad bayramı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda keçiriləcək. Səbəb isə, bir neçə gün əvvəl Nant, Dijon və Tur şəhərlərində naməlum şəxslərin avtomobilləri sakinlərin üzərinə sürərək onlarla insana xəsarət yetirmələri olub.

İordan çayının Qərb sahilində İsa peyğəmbərin anadan olduğu iddia edilən Vifleem şəhərində yerli sakinlər Mövlud Kilsəsində keçirilən Milad ayininə qatılıblar. Həmin kilsə İsa peyğəmbərin anadan olduğu ərazidə inşa edilib.

Suriyanın paytaxtı Dəməşqdə də Milad ab-havası hiss olunur. Şəhərin xristian icmasının nümayəndələri kilsədə Milad ayininə qatıldıqdan sonra bayram alış-verişinə çıxıblar.

Suriyada münaqişə ilə bağlı böhran qonşu Livana yayılsa da, bu, hər iki ölkədə bayram ab-havasının yaşanmasına əngəl olmayıb. Livanın paytaxtı Beyrutda şəhərin mərkəzi küçələrində gəzən Şaxta Babalar uşaqlara hədiyyələr paylayıblar. Qaçqın düşərək Livana gələn suriyalı xristianlar isə kilsələrə gedərək, gələn il Milad bayramını vətənlərində keçirmək üçün dualar ediblər.

Cənub yarımkürəsində yerləşən Avstraliyada insanlar Milad bayramını çimərliklərdə keçiriblər. Ölkənin bir çox şəhərlərində insanlar Milad gecəsini kilsələrdə keçirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR