Azərbaycan prezidenti: “Səfərim Almaniya ilə münasibətlərin inkişafına güclü təkan verəcək”

17:37 21 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 17:34 ]

Berlin. Fuad Qulubəyli – APA. “Azərbaycanla Almaniya arasında münasibətlər çox uğurla və geniş şəkildə inkişaf edir”.

APA-nın prezidentin səfərini izləyən xüsusi müxbirinin məlumatlına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Berlində Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

 

Prezident bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək: “Bu səfərim münasibətlərə daha güclü təkan verəcək. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir və biz onların fəaliyyətini dəstəkləyirik. Alman şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu davam etdirilməlidir”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR