"Müsəlmanın müsəlmanı öldürməsi təəssüf doğurur"

"Müsəlmanın müsəlmanı öldürməsi təəssüf doğurur"
17:38 21 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu//

Müsəlmanın müsəlmanı öldürməsi təəssüf doğurur. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq regionunda baş verən son hadisələr haqqında danışarkən deyib.

Onun sözlərinə görə, dünya Suriya və İraqda baş verən hadisələr barədə susduğu zaman “İslam Dövləti” terrorçu qruplaşmasının yaraqlıları öz məqsədlərinə çatmaq naminə müsəlmanları öldürməkdə davam edirlər.

R.T.Ərdoğan qeyd edib ki, müsəlman ölkələri öz problemlərini özləri həll etməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2355649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR